Ağırlıqqaldırma Federasiyasına bir illik cəza verilib
Tarix: 17-06-2021 16:59 | Bölmə: İdman
Ağırlıqqaldırma Federasiyasına bir illik cəza verilib

Rumıniya Ağırlıqqaldırma Federasiyası (FRH) idmançıları dopinqdən istifadə etdiyi üçün diskvalifikasiya olunub.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytı məlumat yayıb.

IWF dopinq əleyhinə qayda pozuntusu səbəbindən FRH-ın fəaliyyətini bir illik dayandırıb. Bu müddətdə ölkə idmançıları beynəlxalq yarışlardan kənarda qalacaqlar.

Daha əvvəl Beynəlxalq Dopinq Test Agentliyi (ITA) rumıniyalı idmançılarda qaydalar kütləvi şəkildə pozulduğu üçün federasiyaya sanksiya tətbiq edilməsini istəyib.

FRH bir il beynəlxalq yarışlardan kənarda qalacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər