16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
"Qarabağ"ın yeni mövsüm üçün hazırlıq planı açıqlanıb
Tarix: 17-06-2021 17:44 | Bölmə: İdman
"Qarabağ"ın yeni mövsüm üçün hazırlıq planı açıqlanıb

"Qarabağ"ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

Reyting.az
kluba istinadla xəbər verir ki, toplanışın ilk mərhələsi Bakıda keçiriləcək.

Paytaxtda 2 yoxlama oyunu nəzərdə tutulub. Ağdam təmsilçisi iyunun 26-da “Keşlə”, 30-da isə “Sumqayıt”la qarşılaşacaq.

Toplanışın 2-ci mərhələsi Avstriyada baş tutacaq. 12 günlük hazırlıq müddətində 3 yoxlama oyunu planlaşdırılır. Komanda iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-ə nəzərdə tutulan oyunda isə rəqib isə Rusiya "Arsenal"ı olacaq. Sonuncu rəqibin adına daha sonra aydınlıq gələcək.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub