AÇ-2020: daha bir futbolçu ikinci dəfə ən yaxşı seçilib
Tarix: 18-06-2021 07:46 | Bölmə: İdman
AÇ-2020: daha bir futbolçu ikinci dəfə ən yaxşı seçilib

AÇ-2020-nin C qrupu çərçivəsində keçirilən Niderland - Avstriya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Reyting.az xəbər verir ki, Niderland yığmasının müdafiəçisi Denzel Dumfris bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu bu matçın 67-ci dəqiqəsində vurduğu qolla komandasının qələbəsində (2:0) əsas pay sahiblərindən birinə çevrilib.

Xatırladaq ki, Dumfris ilk turda Ukraynaya 3:2 hesabıyla qalib gəldikləri görüşdə də matçın ulduzu seçilmişdi. Daha öncə Belçika yığmasının hücumçusu Romelu Lukaku AÇ-2020-də iki dəfə matçın ən yaxşı futbolçusu elan olunub.

Qeyd edək ki, Denzel Dumfris hazırda Niderlandın PSV klubunun formasını geyinir.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}