AVRO-2020: Fransalı hücumçu digər oyunlarda iştirak etməyəcək
Tarix: 21-06-2021 14:05 | Bölmə: İdman
AVRO-2020: Fransalı hücumçu digər oyunlarda iştirak etməyəcək

Fransa millisinin futbolçusu Usman Dembele Avropa çempionatının qalan hissəsini buraxacaq.

AFP xəbər verir ki, buna 24 yaşlı hücumçunun zədələnməsi səbəb olub.

Forvard F qrupunun ikinci turunda Macarıstanla 1:1 hesablı heç-heçə etdikləri oyunun 87-ci dəqiqəsində sıradan çıxıb. 57-ci dəqiqədə meydana girən oyunçu dizindəki problemə görə əvəzlənməli olub.

İspaniya "Barselona"sından yığmaya çağırılan hücumçunun mərpa müddətinin uzun çəkəcəyi müəyyənləşib.

Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}