FIFA Moldova klubuna transfer qadağası qoyub
Tarix: 23-06-2021 16:25 | Bölmə: İdman
FIFA Moldova klubuna transfer qadağası qoyub

FIFA Moldovanın "Zimbru" klubuna transfer qadağası tətbiq edib.

Reyting.az
"Report"a istinadən xəbər verir ki, ali futbol qurumu Kişineu təmsilçisini sabiq futbolçularına və baş məşqçisinə borclu olduğu üçün cəzalandırıb.

"Zimbru" 2019/2020 mövsümündə klubda fəaliyyət göstərən baş məşqçi Covanni Skanu və futbolçular - braziliyalı Conatan Santosla portuqaliyalı Uqo Netuya borcludur.

Qadağa həmin şəxslərə olan borclar ödənildikdən sonra götürüləcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər