Elxan Məmmədov: "Bakı 1/4 finala hazırdır"
Tarix: 24-06-2021 10:43 | Bölmə: İdman
Elxan Məmmədov: "Bakı 1/4 finala hazırdır"

“Türkiyənin yerli azarkeşləri də daxil olmaqla Uels, İsveçrə və Türkiyədən səyahət edənlər buradakı oyunlar ərzində Bakıya xüsusi rəng və xarakter qatdılar”. Reyting.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Britaniya mətbuatına açıqlamasında deyib.

AVRO-2020-nin qrup mərhələsində Bakıda keçirilən Uels – İsveçrə (1:1), Türkiyə - Uels (0:2) və İsveçrə - Türkiyə (3:1) oyunlarından bəhs edən assosiasiya rəsmisi artıq 1/4 finalı qəbul etməyə hazır olduqlarını bildirib: “Ümid edirəm ki, azarkeşlər buradan məmnun qaldılar və Azərbaycanla yaxınlıq hiss etdilər. Bakı 1/4 finala vəsiqə qazanacaq komandaları salamlamağa hazırdır və bundan məmnunluq duyar. Uels millisinin iyulun 3-də yenidən Bakıda oynamaq ehtimalı var. 1/8 final səddini keçsələr, onları yenidən qarşılamaqdan məmnun olarıq”.

Elxan Məmmədov əlavə edib ki, Uels millisini 1/4 final mərhələsində yenidən Bakıda görməkdən şad olarlar: “Azərbaycan vətəndaşları əvvəlcə “Formula-1”lə, indi isə Avropa çempionatı ilə böyük tədbirə ev sahibliyi etməkdən məmnun oldular. Bu, ölkəmiz üçün əla reklamdır. Uels azarkeşləri Bakıya yalnız futbol izləmək üçün deyil, həm də Bakının mədəniyyətinə, tariximizə, şəhərimizin müasir, qədim memarlıq abidələrinə şahidlik etmək və bundan zövq almaq üçün gəldilər. Uels və İngiltərədən gələn səyahət pərəstişkarları arasında son dərəcə populyar olan publardan bəhs etmirik. Bakı gələcəkdə Qaret Beyl, Robert Peyc və uelslilər üçün Xəzər dənizindəki ikinci ev kimi qala bilər”.

Qeyd edək ki, Uels yığması AVRO-2020-nin 1/8 final mərhələsində Danimarka üzərində qələbə qazanarsa, növbəti mərhələ çərçivəsində iyulun 3-də Niderland – Çexiya cütünün qalibi ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.(Matç.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər