AVRO-2020: Danımarka növbəti mərhələyə yüksəlib
Tarix: 26-06-2021 21:54 | Bölmə: İdman
AVRO-2020: Danımarka növbəti mərhələyə yüksəlib

Bu gün Futbol üzrə Avropa çempionatına 1/8 final mərhələsində Uels və Danimarka yığmaları üz-üzə gəlib.

Reyting.az
xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşmiş qarşılaşma Danimarkanın qələbəsi ilə başa çatıb - 4:0.

Qolları 27-ci və 48-ci dəqiqələrdə Kasper Dolberq, 88-ci dəqiqədə Yoakim Mehle, 90+6-cı dəqiqədə Martin Breytueyt vurub. 90-cı dəqiqədə isə almaniyalı referi Daniel Zibert Uels yığmasından Harri Uilsona qırmızı vərəqə göstərib.

Bununla da Danimarka millisi iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında iştirak hüququ qazanıb. Rəqib isə Niderland - Çexiya duelinin güclüsü olacaq.

Qeyd edək ki, günün son oyununda İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.




Bölməyə aid digər xəbərlər
22-05-2024, 17:58 "Şamaxı" çempion olub

{sape_links}{sape_article}