Oyunun ən yaxşı futbolçusu seçilib
Tarix: 28-06-2021 09:10 | Bölmə: İdman
Oyunun ən yaxşı futbolçusu seçilib

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Belçika-Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Matc.az xəbər verir ki, Çexiya yığmasının yarımmüdafiəçisi Torqan Hazard bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. Belə ki, belçikalıları 1/4 finala çıxaran yeganə qolu da rəqib qapısından məhz Torqan vurub.

Qeyd edək ki, Belçika - Portuqaliya matçı 1:0 hesabıyla başa çatıb.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib