Britaniya səfiri: "Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!"
Tarix: 29-06-2021 16:39 | Bölmə: İdman
Britaniya səfiri: "Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!"

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Almaniya və İngiltərə komandaları arasında Avropa çempionatının 1/4 fərhələsinin oyunundan əvvəl maraqlı paylaşım edib.

O, Londondakı "Uembli" stadionundakı matçı izləməyi səbrsizliklə gözlədiyini bildirib.

Şarp "Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" yazıb.

Qeyd edək ki, bu gün keçiriləcək İngiltərə - Almaniya qarşılaşması Bakı vaxtı saat 20:00-da start götürəcək.

Xatırladaq ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib/Report




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər