"Neftçi"nin rəqibi iki legionerlə vidalaşıb
Tarix: 05-07-2021 13:09 | Bölmə: İdman
"Neftçi"nin rəqibi iki legionerlə vidalaşıb

"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın "Dinamo" (Tbilisi) komandası iki futbolçusu ilə yollarını ayırıb.

Reyting.az
Report-a istinadən xəbər verir ki, Tbilisi təmsilçisi ispaniyalı müdafiəçi Viktor Monçil və slovakiyalı yarımmüdafiəçi Filip Orşula ilə vidalaşıb.

Hər iki legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib/Report.

Qeyd edək ki, "Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib