"Neftçi" və "Qarabağ" afrikalı hücumçudan imtina edib
Tarix: 12-07-2021 15:07 | Bölmə: İdman
"Neftçi" və "Qarabağ" afrikalı hücumçudan imtina edib

"Neftçi" Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubunu transfer siyahısından çıxarıb.

Bu barədə paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, qanalı hücumçu artıq "ağ-qaralar"ın maraq dairəsində deyil.

Yakubu daha əvvəl "Qarabağ"ın Avstriyadakı təlim-məşq düşərgəsində olub. Lakin 23 yaşlı forvard tibbi müayinədən keçə bilməyib.

Allahverdiyev bildirib ki, "Neftçi"ni Yakubudan imtinaya məhz bu fakt sövq edib: "Klubumuzun həkimindən soruşdum. Dedi ki, futbolçunun dizində problem aşkarlanıb.

Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril"də keçirib. O, 34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına yardımçı olub. "Neftçi" daha əvvəl "Eştoril"dən Harramiz Suaresi transfer edib/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər