Yaponiyada Rusiya yığmasının əməkdaşının koronavirusa yoluxması bəlli olub
Tarix: 14-07-2021 15:15 | Bölmə: İdman
Yaponiyada Rusiya yığmasının əməkdaşının koronavirusa yoluxması bəlli olub

Hazırda Yaponiyanın cənub-qərbindəki Munakata şəhərində olan Rusiyanın olimpiya yğmasının əməkdaşı koronavirusa yoluxub.[b][/b]

Məlumata görə, adı açıqlanmayan həmin şəxsin 50 yaşında olduğu bildirilir. O, xəstəxanaya yerləşdirilib və yığma üzvlərindən təcrid olunub.

Həmçinin, Rusiyanın qadınlardan ibarət reqbi-7 yığması da karantinə alınıb.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər