"Olimpiakos" - "Neftçi" oyunu azarkeşsiz keçirilə bilər
Tarix: 15-07-2021 18:35 | Bölmə: İdman
[img]https://reyting.az/uploads/posts/2021-07/1626358692_32504835-fbaa-3667-a158-5ac596e6e6ea_850.jpg[/img

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə "Neftçi" arasındakı ilk oyun azarkeşsiz keçiriləcək.

Bu, ölkədə koronavirus pandemiyası üzündən tətbiq olunan məhdudiyyətlərlə əlaqədardır. Ötən gün "Olimpiakos"un "Aris"i 3:0 hesabı ilə yendiyi yoldaşlıq görüşü "Georgios Karaiskakis" stadionunun boş tribunaları önündə oynanılıb.

Bu gün isə Superliqada çıxış edən klubların nümayəndələri ilə Daxili İşlər Nazirliyində görüş olub. İclasda 2021/2022 mövsümündə stadionlara ümumi tutumun 80 faizi qədər vaksinasiya olunmuş azarkeşin buraxılması məsələsi müzakirə olunub. Yekun qərar qəbul olunanadək klublar bilet satışı həyata keçirməyəcək.

"Olimpiakos" klubundan Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hələlik "Neftçi" ilə oyunda azarkeşlərin iştirak edib-etməyəcəyi bəlli deyil: "Yəqin ki, gün ərzində məsələyə tam olaraq aydınlıq gələcək. Ona görə də indi sizə heç bir məlumat verə bilməyəcəyəm".

Qeyd edək ki, iyulun 21-də keçiriləcək "Olimpiakos" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər