"Olimpiakos" - "Neftçi" oyunu azarkeşlərlə keçiriləcək
Tarix: 16-07-2021 18:53 | Bölmə: İdman
"Olimpiakos" - "Neftçi" oyunu azarkeşlərlə keçiriləcək

Yunanıstanda "Olimpiakos" ilə "Neftçi" arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu azarkeşlərlə keçiriləcək.

Bu barədə "Report"a Pirey təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nikos Qavalas məlumat verib.

Onun sözlərinə görə, biletlər növbəti həftənin ilk günündən satışa çıxarılacaq: "Hələlik bilet sayı barədə dəqiq məlumat yoxdur. Düzdür, protokolda stadionun ümumi azarkeş tutumunun 80 faizi qədər göstərilib. Amma indiki məqamda dəqiq rəqəm deyə bilməyəcəyəm. Stadiona yalnız vaksin olunmuş şəxslər buraxılacaqlar".

Qeyd edək ki, iyulun 21-də "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Arenanın ümumi azarkeş tutumu 32 115 nəfərdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}