UEFA-dan təyinat: Cabbarov "Teuta”-"İnter Eskaldes” oyununu idarə edəcək
Tarix: 17-07-2021 12:00 | Bölmə: İdman
UEFA-dan təyinat: Cabbarov "Teuta”-"İnter Eskaldes” oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Rauf Cabbarov Konfrans Liqasına təyinat alıb.

Reyting.az
xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Bildirilir ki, R. Cabbarov 2-ci təsnifat mərhələsinin "Teuta” (Albaniya) – "İnter Eskaldes” (Andorra) matçını idarə edəcək.

Cabbarova yan xətdə Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 22-də Albaniyanın "Niko Dovana” stadionunda keçiriləcək oyun saat 21.00-da başlayacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər