16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tokio-2020: Almaniya millisi irqçiliyə görə meydanı tərk edib
Tarix: 17-07-2021 15:57 | Bölmə: İdman
Tokio-2020: Almaniya millisi irqçiliyə görə meydanı tərk edib

Almaniyanın olimpiya yığmasının futbolçuları Hondurasla yoldaşlıq matçı zamanı meydanı tərk ediblər.

Məlumata görə, buna Bundestimin müdafiəçisi Cordan Torunariqanın irqçi təhqirə məruz qalması səbəb olub.

Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyan görüşdə Honduras millisinin oyunçularından biri qaradərili futbolçunun ünvanına təhqiramiz ifadələr işlədib. Nəticədə almaniyalılar görüşün başa çatmasına 5 dəqiqə qalmış meydandan çıxıblar.

Yaponiyanın Vakayama şəhərində oynanılan qarşılaşmada hesab 1:1 olub/Report.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}