14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
"Qarabağ"ın keçmiş qapıçısı "Everton"a keçib
Tarix: 17-07-2021 17:49 | Bölmə: İdman
"Qarabağ"ın keçmiş qapıçısı "Everton"a keçib

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını İngiltərənin "Everton" klubunda davam etdirəcək.

Məlumata görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tvitter hesabında yazıb.

Onun sözlərinə görə, tibbi müayinədən uğurla keçən Bosniya və Herseqovina yığmasının 34 yaşlı qolkiperi ilə yaxın saatlarda rəsmi müqavilə imzalanacaq. Sözləşmənin müddəti 2 illikdir.

Qeyd edək ki, son klubu İngiltərə "Bornmut"u olan Asmir Beqoviç 2019-cu ildə "Qarabağ"ın formasını geyinib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}