"Zirə" komandasının Türkiyə səfəri təxirə salınıb
Tarix: 18-07-2021 10:49 | Bölmə: İdman
"Zirə" komandasının Türkiyə səfəri təxirə salınıb

"Zirə"nin Türkiyə toplanışı ləğv edilib.

Klubun mətbuat xidmətinin məlumatına görə, buna səbəb səfər öncəsi komandanın üzvlərindən birinin COVİD-19 test nümunəsinin cavabının pozitiv çıxmasıdır.

Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib.

"Zirə" məşqlərini ölkə daxilində davam etdirəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}