11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Çempionlar Liqası: "Neftçi" və "Qalatasaray"ın potensial rəqibləri bəlli olub - Siyahı
Tarix: 19-07-2021 14:26 | Bölmə: İdman
Çempionlar Liqası: "Neftçi" və "Qalatasaray"ın potensial rəqibləri bəlli olub

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Reyting.az
xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə növbəti raundun potensial cütləri müəyyənləşib.

Çempionlar yolu

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi - “Legiya” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi

“Linkoln” (Cəbəllütariq) / ÇFR (Rumıniya) cütünün qalibi - “Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi

“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi - "Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi

"Kayrat" (Qazaxıstan) / "Srvena Zvezda" cütünün qalibi - "Alaşkert" (Ermənistan) / "Şerif" (Moldova) cütünün qalibi

"Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün qalibi - "Reyncers" (Şotlandiya)

"Feerentsvaroş" / "Jalgiris" (Litva) cütünün qalibi - "Slaviya" (Praqa, Çexiya).

Liqa yolu

PSV (Niderland) / "Qalatasaray" (Türkiyə) cütünün qalibi - "Seltik" (Şotlandiya) / "Midtüllan" (Danimarka) cütünün qalibi

"Spartak" (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya)

"Genk" (Belçika) - "Şaxtyor" (Ukrayna)

"Monako" (Fransa) - "Rapid" (Avstriya) / "Sparta" (Praqa, Çexiya) cütünün qalibi.

Qeyd edək ki, III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda oynanılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}