"Neftçi"nin Avropa Liqasındakı potensial rəqibi müəyyənləşib
Tarix: 19-07-2021 15:22 | Bölmə: İdman
"Neftçi"nin Avropa Liqasındakı potensial rəqibi müəyyənləşib

UEFA Avropa Liqasında (AL) III təsnifat mərhələsinin püşkü atılıb.

Reyting.az
xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi bəlli olub.

"Ağ-qaralar" Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"una uduzsa, AL-in III raundunda "Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq.

Avropa Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün məğlubu - “Legiya” (Polşa) – “Flora” (Estoniya) cütünün məğlubu

"Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün məğlubu - "Ferentsvaroş" / "Jalgiris" (Litva) cütünün məğlubu

"Kayrat" (Qazaxıstan) / "Srvena Zvezda" (Serbiya) cütünün məğlubu - "Alaşkert" (Ermənistan) / "Şerif" (Moldova) cütünün məğlubu

“Linkoln” (Cəbəllütariq) / ÇFR (Rumıniya) cütünün məğlubu - “Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün məğlubu

“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün məğlubu - "Malmö" (İsveç) / HİK (Helsinki, Finlandiya) cütünün məğlubu

Liqa yolu

"Yablonents" (Çexiya) - "Seltik" (Şotlandiya) / "Midtüllan" (Danimarka) cütünün məğlubu

"Rapid" (Avstriya) / "Sparta" (Praqa, Çexiya) cütünün məğlubu - "Anortosis" (Kipr)

PSV (Niderland) / "Qalatasaray" (Türkiyə) cütünün - "Sent-Conston" (Şotlandiya)

Qeyd edək ki, bu mərhələnin matçları 5 - 12 avqustda oynanılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}