Azərbaycanın iki güləşçisi erməni rəqiblərinə qalib gəlib
Tarix: 20-07-2021 15:52 | Bölmə: İdman
Azərbaycanın iki güləşçisi erməni rəqiblərinə qalib gəlib

Azərbaycanın iki sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələrin dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

Məlumata görə, 45 kq çəki dərəcəsində mübarizə aparan Yusif İsparov 1/8 final mərhələsində Hayko Qasparyanı 4:3 hesabı ilə üstələyib.

60 kq-dakı Abdulrəhman İbrahimov isə eyni raundda Hakob Davtyana şans verməyib - 4:2.

Qeyd edək ki, bu gün həmçinin Elman Məmmədov (51 kq), İlkin Ağayev (71 kq) və Yusif Dursunov (92 kq) yarışa qoşulub.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər