Bir ölkə Tokio-2020-də iştirakdan imtina edib
Tarix: 22-07-2021 09:21 | Bölmə: İdman
Bir ölkə Tokio-2020-də iştirakdan imtina edib

Qvineya yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmayacaq.

Reyting.az
xəbər verir ki, bu barədə "France-Press" agentliyi məlumat yayıb.

Məlumata görə, ölkənin idman naziri Sanussi Sou koronavirus pandemiyası səbəbindən olimpiadada iştirak etməyəcəklərini açıqlayıb.

Nazir bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə məktub ünvanlayıb. O, yoluxma halları artdığı üçün bu qərarı verdiklərini bildirib.

AFP Qvineyanın maddi problemlər ucbatından Tokio-2020-dən imtina etdiyini yazıb.

Qeyd edək ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə yarışın ləğv edilə biləcəyini açıqlayıb.(Report)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər