Azərbaycanın daha bir idmançısı Tokio-2020-yə lisenziya qazanıb
Tarix: 26-07-2021 14:33 | Bölmə: İdman
Azərbaycanın daha bir idmançısı Tokio-2020-yə lisenziya qazanıb

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Milli Paralimpiya Komitəsidən Reyting.az-a verilən məlumata görə, atletika idman növü üzrə milli komandanın üzvü Orxan Qasımov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək, paralimpiadada iştirak hüququ əldə edib.

Bununla da Azərbaycan paralimpiyaçılarının qazandığı lisenziya sayı 36-ya çatıb və bu, rekord göstəricidir. Onlardan 12-si atletika, 11-i cüdo, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər