Tokio-2020: Yaponiya liderliyi ələ alıb
Tarix: 26-07-2021 17:29 | Bölmə: İdman
Tokio-2020: Yaponiya liderliyi ələ alıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 28 növ üzrə mübarizə gedib.

Məlumata görə, daha 21 dəst medal oxatma, idman gimnastikası, kanoe slalom, dağ velosipedi, suya tullanma, qılıncoynatma, cüdo, atıcılıq, diyircəkli idman, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və ağırlıqqaldırma növlərində sahiblərini tapıb. Beləliklə, 50 dəst medala 51 ölkənin idmançıları yiyələnib.

Yaponiya 13 (8 qızıl, 2 gümüş, 3 bürünc) medalla keyfiyyətcə birinci pillədə qərarlaşıb.

14 (7 qızıl, 3 gümüş, 4 bürünc) medal qazanan ABŞ 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 6 "qızıl", 5 "gümüş" və 7 "bürünc"lə Çin tutur.

Ötən gün 2 taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 42-ci pillədə qərarlaşıb/Report




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər