Tokio-2020: Boksçu rəqibinin qulağını dişləmək istəyib
Tarix: 27-07-2021 16:03 | Bölmə: İdman
Tokio-2020: Boksçu rəqibinin qulağını dişləmək istəyib

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları zamanı qeyri-adi hadisə baş verib.

Məlumata görə, Yunes Baala (Mərakeş) və Devid Nyika (Yeni Zelandiya) arasındakı 1/8 final görüşündə mərakeşli idmançı rəqibinin qulağını dişləməyə çalışıb. Təkrar kadrlarda da Baalanın bu istəyi açıq-aşkar görünüb.

Buna görə idmançıya heç bir cəza verilməyib. Döyüş Nyikanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 1997-ci ildə ABŞ-ın peşəkar boksçusu Mayk Tayson həmyerlisi Evander Holifildlə döyüş zamanı onun qulağını dişləyərək, bir hissəsini qoparıb. Həmin görüş davam etdirilməyib. Tayson diskvalifikasiya olunub və 3 milyon dollar cərimələnib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər