Türkmənistan tarixində ilk dəfə olimpiya medalı qazanıb
Tarix: 27-07-2021 16:48 | Bölmə: İdman
Türkmənistan tarixində ilk dəfə olimpiya medalı qazanıb

Türkmənistan müstəqil ölkə kimi ilk olimpiya medalını qazanıb.

Reyting.az
xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında ağırlıqqaldıran Polina Quryeva gümüş medala sahib olub. 59 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı qadınların mübarizəsində birdən 96 kq, təkanla 121 kq ağırlıq qaldırıb və iki hərəkətin cəmində 217 kq nəticə göstərib.

Qeyd edək ki, bu çəkidə qızıl medala tayvanlı Qo Sinçjun 236 kq (103+133), bürünc medala isə yaponiyalı Mikiko Ando 214 kq (94+120) yiyələnib/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər