12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Çempionlar Liqası: 4 komanda növbəti mərhələyə yüksəlib
Tarix: 27-07-2021 23:01 | Bölmə: İdman
Çempionlar Liqası: 4 komanda növbəti mərhələyə yüksəlib

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin 4 cavab oyunu keçirilib.

Reyting.az
xəbər verir ki, qarşılaşmaların ardından “Legiya” (Polşa), "Malmö" (İsveç), "Dinamo" (Zaqreb, Xorvatiya) və "Ferentsvaroş" (Macarıstan) mərhələ adlayıb.

4 oyunda qapılara 10 qol vurulub. “Flora” (Estoniya), HİK (Helsinki, Finlandiya), "Omoniya" (Kipr) və "Jalgiris" (Litva) Avropa Liqasının III təsnifat mərhələsində mübarizəyə davam edəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20:00. “Flora” (Estoniya) - “Legiya” (Polşa) - 0:1

İlk oyun: 1:2

20:00. HİK (Helsinki, Finlandiya) - "Malmö" (İsveç) - 2:2

İlk oyun: 1:2

20:00. "Omoniya" (Kipr) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1

İlk oyun: 0:2

21:00. "Jalgiris" (Litva) - "Ferentsvaroş" (Macarıstan) - 1:3

İlk oyun: 0:2

Qeyd edək ki, digər cavab oyunları iyulun 28-də olacaq.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib