18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Tokio-2020: hansı ölkə daha çox medal qazanıb?
Tarix: 30-07-2021 17:10 | Bölmə: İdman
Tokio-2020: hansı ölkə daha çox medal qazanıb?

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə gedib.

Reyting.az
xəbər verir ki, daha 20 dəst medal oxatma, atletika, kanoe slalom, velosiped, qılıncoynatma, cüdo, avarçəkmə, atıcılıq, üzgüçülük, stolüstü tennis və gimnastikanın tamblinq növündə sahiblərini tapıb. Beləliklə, 133 dəst medala 70 ölkənin idmançıları yiyələnib.

Azərbaycan bir medalla hələlik 63-cü pillədə qərarlaşıb.

Çin 38 (18 qızıl, 9 gümüş, 11 bürünc) medalla keyfiyyətcə birinci pillədəki mövqeyini qoruyub.

28 (17 qızıl, 4 gümüş, 7 bürünc) medal qazanan Yaponiya 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 14 "qızıl", 16 "gümüş" və 11 "bürünc"lə ABŞ tutur.

İki taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 60-cı pillədə qərarlaşıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər