18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Tokio-2020: Boksçumuz mübarizəni dayandırıb - Yenilənib
Tarix: 31-07-2021 09:11 | Bölmə: İdman
Tokio-2020: Boksçumuz mübarizəni dayandırıb
Cavid Çələbiyev

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.

Reyting.az
-ın məlumatına görə, boksçu Cavid Çələbiyev 1/8 final görüşünə çıxacaq.

63 kq çəki dərəcəsində yer alan dünya çempionu Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

Çələbiyev 1/16 finalda ukraynalı Yaroslav Hartsizə 5:0 hesabı ilə qalib gəlib.

Tokio-2020

30 iyul

Boks

63 kq

07:36. 1/8 final. Cavid Çələbiyev - Ovannes Baçkov (Ermənistan)

Qeyd edək ki, indiyədək Azərbaycanın 22 idmançısı mübarizəni dayandırıb, 2-si medal qazanıb.(Report)

***

Boks üzrə Azərbaycan millisinin üzvü Cavid Çələbiyev (63 kq.) bu gün Tokio-2020-də 1/8 final görüşünə çıxıb.

Reyting.az xəbər verir ki, 2013-сü ildə dünya çempionu, İslam Həmrəylik Oyunlarının (2017) birincisi olan idmançımız bu mərhələdə Ermənistan təmsilçisi, 2017-ci ildə Avropa çempionu və 2019-cu ildə Avropa Oyunlarının qalibi adını qazanan Ovannes Baçkovla üz-üzə gəlib və 1:4 hesabı ilə uduzub.

Bununla da o, Tokio-2020-də mübarizəni başa vurub.

Qeyd edək ki, Çələbiyev 1/16 finalda Ukrayna boksçusu Yaroslav Hartsizə 5:0 hesabı ilə qalib gəlib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər