18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Tokio-2020: Azərbaycanın 26 idmançısı çıxışını bitirib
Tarix: 01-08-2021 15:06 | Bölmə: İdman
Tokio-2020: Azərbaycanın 26 idmançısı çıxışını bitirib

Bu gün Azərbaycanın daha 3 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

Məlumata görə, çəkicatma növündə yarışan Anna Skidan təsnifat mərhələsini 31 idmançı arasında 16-cı sırada bitirib və finala vəsiqə qazana bilməyib.

Güllə atıcısı Ruslan Lunyov birinci təsnifatda 281 xal toplaya bilib. O, 27 idmançı arasında 24-ci yeri tutub. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək.

Boksçu Alfonso Dominges (81 kq) yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopesə uduzaraq bürünc medalla fikayətlənib.

Beləliklə, olimpiadada mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 26-ya çatıb. Onlardan ikisi medala layiq görülüb.

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) (bürünc)

Boks: Alfonso Dominges (81 kq) (bürünc)

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Report




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər