18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Tokio-2020: iki güləşçimiz məğlub olub
Tarix: 02-08-2021 09:43 | Bölmə: İdman
Tokio-2020: iki güləşçimiz məğlub olub

Bu gün Azərbaycan güləşçiləri Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar.

Reyting.az
xəbər verir ki, 77 kq çəkidə yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xal prinsipinə əsasən qalib gələrək 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudovla (Qırğızıstan) görüşüb. Güləşçimiz 1:9 hesabı ilə uduzub. Mahmudov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

Bu gün qadın güləşçimiz Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib. Manolova rəqibinə 13:2 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər