12:45 / 23-04-2025
Sabah yağış yağacaq
Avropa Liqası: "Neftçi" "Fənərbağça"ya potensial rəqib olub
Tarix: 02-08-2021 15:19 | Bölmə: İdman
Avropa Liqası: "Neftçi" "Fənərbağça"ya potensial rəqib olub

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Reyting.az
xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi olan "Neftçi"nin də potensial rəqibi bəlli olub.

"Ağ-qaralar" III təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda Türkiyə "Fənərbağça"sı ilə qarşılaşacaq. Flaqman ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19 - 26 avqustda baş tutacaq.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub