Tokio-2020: Qadınların futbol turnirində finalçılar müəyyənləşib
Tarix: 02-08-2021 17:10 | Bölmə: İdman
Tokio-2020: Qadınların futbol turnirində finalçılar müəyyənləşib

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol turnirinin yarımfinal görüşləri keçirilib.

Məlumata görə, bu mərhələdə əvvəlcə ABŞ Kanada ilə, Avstraliya isə İsveçlə üz-üzə gəlib. Hər iki görüşün taleyini bir qol həll edib.

74-cü dəqiqədə Cessi Fleminqin penaltidən vurduğu qol Kanadanı finala yüksəldib. İsveç isə 46-cı dəqiqədə Fridolina Rolfönün qolu ilə həlledici qarşılaşmada iştirak hüququ qazanıb.

Qeyd edək ki, Kanada və İsveç yığmaları arasında final matçı avqustun 6-da olacaq. Bundan bir gün əvvəl isə 3-cü yer uğrunda ABŞ və Avstraliya yığmaları qarşılaşacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}