Erməni idmançını Tokio-2020-dən qovublar - Səbəb
Tarix: 03-08-2021 10:57 | Bölmə: İdman
Erməni idmançını Tokio-2020-dən qovublar

Tokio-2020 Yay Olimpiya Oyunlarında erməni əsilli Gürcüstan atleti Benik Abramyan yarışdan kənarlaşdırılıb.

Reyting.az
-ın məlumatına görə, nüvə itələmədə qüvvəsini sınayan idmançı dopinq səbəbindən cəzalanıb.

O, antidopinq qaydalarını pozması üzündən Olimpiadadan qovulub.

Bunu Beynəlxalq Dopinq Testləşdirmə Agentliyinin (İTA) mətbuat xidməti açıqlayıb. Bildirilib ki, Abramyanın iyulun 31-də verdiyi A probunda deqidroxlormetil-testosteron, metandienon və tamoksifen aşkarlanıb. İdmançı B probunun yoxlanılmasını tələb etmək hüququna malikdir.

Qeyd edək ki, kişilərin nüvə itələmə yarışı bu gün start götürür.(Apasport)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}