18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib
Tarix: 03-08-2021 12:13 | Bölmə: İdman
Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (+78 kq) soyadını dəyişib.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 30 yaşlı idmançı hazırda müvafiq sənədləşmə işlərini görür: "Kindzerska bir neçə ildir ki, Azərbaycan millisini təmsil edir. Onun yeni soyadı Əliyavadır. Bildiyiniz kimi, həyat yoldaşı azərbaycanlıdır. Bakının Nizami rayonunda onun yoldaşının valideynləri yaşayır. Kindzerska hazırda müvafiq sənədləşmə işlərini görür. Onu artıq İrina Əliyeva kimi çağıra bilərik".

Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycana yeganə bürünc medalı qazandırıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər