Tokio-2020: Ramil Quliyev finala çıxa bilməyib
Tarix: 03-08-2021 16:20 | Bölmə: İdman
Tokio-2020: Ramil Quliyev finala çıxa bilməyib

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə qaçışda finala vəsiqə qazana bilməyib.

Reyting.az
bildirir ki, 31 yaşlı idmançı yarımfinal mərhələsində finişə 20.31 saniyə ilə 6-cı çatıb.

Həlledici mərhələyə 3 qrupda ilk iki sıranı tutanlar və ən sürətli iki atlet yüksəlib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}