Rusiyalı karateçi Tokio-2020-dən kənarlaşdırılıb
Tarix: 04-08-2021 11:17 | Bölmə: İdman
Rusiyalı karateçi Tokio-2020-dən kənarlaşdırılıb

Rusiyalı qadın karateçi Anna Çernışeva Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Məlumata görə, 55 kq çəki dərəcəsində çıxış edən idmançının koronavirus testi müsbət çıxıb.

Çernışeva bu səbəbdən olimpiada ilə vidalaşmalı olub.

Azərbaycanı bu növdə İrina Zaretska təmsil edəcək. 61 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı avqustun 7-də yarışda çıxış edəcək.

Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}