17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Tokio-2020: Çin liderliyini qoruyub
Tarix: 04-08-2021 17:00 | Bölmə: İdman
Tokio-2020:  Çin liderliyini qoruyub

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 26 növ üzrə mübarizə gedib.

Məlumata görə, daha 18 dəst medal atletika, boks, velosiped idmanı, atçılıq, üzgüçülük, yelkənli qayıqsürmə, skeytbord, ağırlıqqaldırma və güləşdə sahiblərini tapıb. Beləliklə, 243 dəst medala 84 ölkənin idmançıları yiyələnib.

Aktivində 3 bürünc medalı olan Azərbaycan 1 pillə geriləyərək, 76-cı sırada qərarlaşıb.

Siyahıya 70 (32 qızıl, 22 gümüş, 16 bürünc) medalla Çin başçılıq edir.

79 (25 qızıl, 31 gümüş, 23 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 1-ci, keyfiyyətcə 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 21 "qızıl", 7 "gümüş" və 12 "bürünc"lə Yaponiya tutur.

1 qızıl, 5 gümüş medalı olan Türkiyə isə 50-ci sırada yer alıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}