“Dinamo” “Fənərbaxça” ilə oyuna baş məşqçisiz çıxacaq
Tarix: 04-08-2021 19:59 | Bölmə: İdman
“Dinamo” “Fənərbaxça” ilə oyuna baş məşqçisiz çıxacaq
Mirça Luçesku

“Dinamo” Kiyev komandası bu gün İstanbulda “Fənərbaxça” ilə nəzərdə tutulan yoldaşlıq oyununa Ukrayna klubunun baş məşqçisi olmadan çıxacaq.

Reyting.az
Ukrayna mediasına istinadla bildirir ki, buna səbəb rumıniyalı mütəxəssisin Kiyev xəstəxanalarından birində əməliyyat olunmasıdır.

Xatırladaq ki, Ukrayna çempionatının 2-ci turunda “Veresa”ya qarşı oyunda Luçesku məşqçilər arasında yox, vip-lojada oturub. “Dinamo”nun 76 yaşlı baş məşqçisi xəstəxanaya hərtərəfli müayinə üçün gedib. Bunun nəticəsində uğurlu bir əməliyyat keçirdiyi bildirilir.

Kiyevlilər avqustun 8-də Ukrayna çempionatının 3-cü turunda isə Luqanskın “Zarya” klubu ilə qarşılaşacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}