Hacı Əliyev yarımfinala yüksəlib, Şərif Şərifov məğlub olub - Fotolar
Tarix: 06-08-2021 08:41 | Bölmə: İdman
Hacı Əliyev yarımfinala yüksəlib, Şərif Şərifov məğlub olub

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Reyting.az
-ın məlumatına görə, 65 kq-da çıxış edən idmançı 1/4 final mərhələsində qazaxıstanlı Daulet Niyazbekovla üz-üzə gəlib.

Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə güləşəcək.

Əliyev daha əvvəl seneqallı Adama Diattanı məğlubiyyətə uğradıb.

***

Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

65 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşəcək.



Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevlə üz-üzə gəlib.

Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.(Report)








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}