Tokio-2020: Zöhrə Ağamirova finala vəsiqə qazana bilməyib
Tarix: 06-08-2021 12:31 | Bölmə: İdman
Tokio-2020: Zöhrə Ağamirova finala vəsiqə qazana bilməyib

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında sonuncu çıxışını edib.

Məlumata görə, 20 yaşlı idmançı bu dəfə gürzlə hərəkətlərdə bacarığını nümayiş etdirib.

Hakimlərdən 21.500 xal alan Ağamirova 4 hərəkətin cəmində xallarını 87.800-ə çatdırıb. O, hələlik bu növdə 14-cü, 4 hərəkətdən sonra ümumi sıralamada isə 5-ci pillədə qərarlaşıb.

***

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.

Reyting.az
xəbər verir ki, 4 hərəkətin cəmində 87,800 xal toplayan 20 yaşlı idmançı ilk "10-luq"dan kənarda qalıb. O, hazırda 11-ci yerdə olsa da, digər bədii gimnastlar çıxışlarını davam etdirdiklərindən daha aşağı mövqelərə də enə bilər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}