Tokio-2020: Rafael Ağayev ikinci döyüşündə də qələbə qazanıb
Tarix: 06-08-2021 13:40 | Bölmə: İdman
Tokio-2020: Rafael Ağayev ikinci döyüşündə də qələbə qazanıb

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Reyting.az bildirir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ikinci döyüşündə Avstraliya təmsilçisi Tsuneari Yahiro ilə üz-üzə gəlib. Ağayev rəqibini 5:0 hesabı ilə üstələyib.

O, ilk qarşılaşmasında Noa Biçi (Almaniya) məğlubiyyətə uğradıb. Azərbaycan təmsilçisi üçüncü qarşılaşmasını Nurkanat Ajiqanova (Qazaxıstan) qarşı keçirəcək.

A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}