Tokio-2020: bədii gimnastika üzrə qrupumuzun çıxışı yekunlaşıb
Tarix: 07-08-2021 11:56 | Bölmə: İdman
Tokio-2020: bədii gimnastika üzrə qrupumuzun çıxışı yekunlaşıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Reyting.az
xəbər verir ki, tərkibi Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət "5-lik" əvvəlcə 5 topla çıxış edib. Çıxışları 36,700 balla qiymətləndirilən komandamız 14 ölkə arasında 10-cu olub. Gimnarslarımız 3 halqa və 2 cüt gürzlə də bacarığını nümayiş etdirib. Hakimlər bu dəfə onların çıxışını 37,650 balla qiymətləndiriblər.

Beləliklə, Azərbaycan komandası iki hərəkətin cəmində 74,350 xalla 14 ölkə arasında 10-cu yeri tutub və ilk "8-liy"ə düşmədiyi üçün finala yüksələ bilməyib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}