18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ərəblər türkiyəli hakimi və ailəsini ölümlə hədələyir
Tarix: 09-08-2021 17:28 | Bölmə: İdman
Ərəblər türkiyəli hakimi və ailəsini ölümlə hədələyir

Tokio-2020 Yay Olimpiya Oyunlarının karate yarışlarında Səudiyyə Ərəbistanı təmsilçisi Tareq Hamedi və iranlı Sayad Gənczadə arasındakı final görüşünü idarə edən türkiyəli hakim Uğur Kobaş xoşagəlməz hadisə ilə üzləşib.

"Akşam" nəşri xəbər verir ki, rəqibin zərbəsindən sonra zədələnən Hamedinin döyüşü davam etdirməsinə icazə verməyən Kobaş sosial şəbəkələrdə ərəb azarkeşlər tərəfindən təhdid olunmağa başlayıb.

Onun sözlərinə görə, özü ilə yanaşı, ailəsi də ölümlə hədələnir: "Karateçi zədələndikdən sonra həkimlər onu müayinə etdilər və ortaq qərarla görüşü dayandırdıq. Fanatlar qərarın mənim istəyimlə verildiyini düşünürlər. Məcburiyyətdən sosial şəbəkə hesablarımı bağladım. Bundan sonra isə həyat yoldaşımı və övladlarımı təhdid etməyə başladılar. Bu, doğru deyil və idman prinsipləri ilə uzlaşmır. Çünki biz öz işimizi gördük. İdmançının və ölkənin məyusluğunu başa düşürük. Amma hadisəni fərqli istiqamətə yönəltmək doğru deyil".




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər