Neymar Messinin PSJ-yə keçidi ilə bağlı paylaşım edib
Tarix: 10-08-2021 17:33 | Bölmə: İdman
Neymar Messinin PSJ-yə keçidi ilə bağlı paylaşım edib

Fransanın PSJ klubunun futbolçusu Neymar ulduz futbolçu Lionel Messinin Paris təmsilçisinə keçidi barədə paylaşım edib.

Məlumata görə, 29 yaşlı hücumçu instaqramda Messi ilə birlikdə videosunu yayımlayıb.

Braziliyalı forvard videoda "Back together" (Yenidən birlikdə) yazıb.

Qeyd edək ki, Lionel Messi PSJ ilə müqavilə imzalamaq üçün Parisə yola düşüb. İspaniyanın "Barselona" klubu avqustun 5-də onunla yollarını ayırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}