18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Çin klubu "Keşlə"nin futbolçusunu məhkəməyə verib
Tarix: 11-08-2021 10:56 | Bölmə: İdman
Çin klubu "Keşlə"nin futbolçusunu məhkəməyə verib

Bakının "Keşlə" klubunun futbolçusu Anatol Abanq İdman Arbitaj Məhkəməsinə şikayət edilib. Reyting.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Kamerunlu futbolçudan Çinin "Nantonq Jiun" klubu şikayət edib. Futbolçu ilə yanaşı, onun sabiq klubu "Şerif" (Moldova) də məhkəməyə verilib.

Xatırladaq ki, 25 yaşlı forvard Tiraspol təmsilçisinə 2019-cu ildə "Nantonq Jiun"dan keçib. Transfer zamanı tələblər yerinə yetirilmədiyindən Çin klubu məhkəməyə üz tutub. CAS şikayətə sentyabrın 30-da baxacaq.

Qeyd edək ki, Anatol Abanq 2020-ci ilin dekabrından "Keşlə"də çıxış edir. Bu müddətdə 18 oyuna çıxan Kamerun millisinin sabiq üzvü bir qol vurub və bir məhsuldar ötürmə edib.(Matç.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər