Azərbaycan futbol tarixinin rəmzi komandası açıqlanıb - Foto
Tarix: 12-08-2021 11:52 | Bölmə: İdman
Azərbaycan futbol tarixinin rəmzi komandası açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Azərbaycan futbol tarixinin rəmzi komandasını açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, qurumun saytında bildirilir ki, ən yaxşı "11-lik"də aşağıdakı oyunçular yer alıb:

Qapıçı: Sergey Kramarenko

Müdafiəçilər: Rafiq Quliyev, Vladimir Bruxti, Vyaçeslav Semiqlazov, Yaşar Babayev

Yarımmüdafiəçilər:
İqor Ponomaryov, Nazim Süleymanov

Hücumçular: Kazbek Tuayev, Anatoli Banişevski, Ələkbər Məmmədov, Yuri Kuznetsov.

Siyahıda bütün futbolçular SSRİ dönəmində "Neftçi"nin tərkibində çıxış edib. Yalnız Nazim Süleymanov həm də müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan milli komandasında da oynayıb.(Qol.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}