"Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb, "Neftçi" isə uduzub
Tarix: 12-08-2021 22:00 | Bölmə: İdman
"Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb, "Neftçi" isə uduzub

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununda "Qarabağ”Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşıb.

Reyting.az
xəbər verir ki, Estoniyalı FIFA referisi Kristo Tover idarə etdiyi görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundakı yeganə qolu 87-ci dəqiqədə Kadi Borqes vurub.

Bununla da Ağdam klubu pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, “Qarabağ”ın bu mərhələdəki rəqibi "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi olacaq.

"Qarabağ"dan fərqli olaraq, "Neftçi" isə cavab oyunda Finlandiyada HİK-ə uduzub.

Belə ki, 2-2-nin revanşında komandamız 3-0 hesabı ilə meydandan məğlub ayrılaraq Avropa Liqası ilə vidalaşıb.

Flaqman Konfrans Liqasının pley-off mərhələsində "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}