Dünya çempionu vəfat edib
Tarix: 15-08-2021 17:55 | Bölmə: İdman
Dünya çempionu vəfat edib

Futbol üzrə dünya və Avropa çempionu olan və ən yaxşı bombardirlərdən hesab edilən almaniyalı futbolçu Herd Müller vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə "Bayern Münhen"in mətbuat xidməti "Twitter" səhifəsində yazıb.

O, 3 noyabr 1945-ci ildə Almaniyanın Nördlingen şəhərində anadan olub. 76 yaşında dünyasını dəyişib. Herd Müllerin ölüm səbəbi açqılanmır. Futbolçu Qızıl top və 2 dəfə Qızıl buts laureatı olub.

Qeyd edək ki, 2015-ci ildə futbolçuda altsqeymer xəstəliyi aşkarlanmışdı.

Onu da qeyd edək ki, Herd Müller üç dəfə Avropa kubokunun qalibi olub. Futbolçu 1964-1979-cu illərdə "Bavariya" klubunun hücumçusu olub, Almaniya millisində oynayıb.

Müller futbol tarixinin ən çox qol vuran oyunçularından biri hesab edilir.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}