Millimiz Xorvatiya və Finlandiya ilə Sumqayıtda qarşılaşacaq
Tarix: 16-08-2021 10:01 | Bölmə: İdman
Millimiz Xorvatiya və Finlandiya ilə Sumqayıtda qarşılaşacaq

Azərbaycan yığmasının 21 yaşadək futbolçular arasında Avropa çempionatındakı ilk ev oyunlarının yeri müəyyənləşib.

Reyting.az
-ın məlumatına görə, Milan Obradoviçin komandası oktyabr ayına planlaşdırılan hər iki oyunu Sumqayıtda keçirəcək.

Yığmamızın qarşılaşmaları “Kapital Bank Arena”da baş tutacaq. Komandamız oktyabrın 8-də Xorvatiya, 12-də Finlandiyanı qəbul edəcək.

Qeyd edək ki, millimiz seçmə mərhələyə səfər matçları ilə start verəcək. Komandamız sentyabrın 2-də Xorvatiyanın, 7-də Avstriyanın qonağı olacaq.(ApaSport)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}